Modern.az

Azərbaycanlı tələbənin qatili SAXLANILDI

Azərbaycanlı tələbənin qatili SAXLANILDI

Ölkə

21 İyun 2020, 15:01

Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qatili tutulub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə ilə bağlı axtarışa verilən 21 yaşlı Vitali Vasilyev Smolensk şəhərində saxlanılıb.

“Qətldə şübhəli bilinən şəxs Smolensk şəhərində saxlanılıb. Volqorqad vilayət İstintaq Komitəsi və polis orqanlarının əməkdaşları Smolenskə göndərilib. Vitali Vasilyevin Volqoqrada gətirilməsi gözlənilir”-deyə hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında deyilir.

Xatırladaq ki, Timur Qavrilov iyunun 13-də Volqoqradın Voroşilov rayonundakı tələbə yataqxanasına qayıdarkən hücuma məruz qalmışdı. Qatil ona 20 bıçaq zərbəsi vuraraq qətlə yetirmişdi. Timur Qavrilov Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı