Modern.az

Qazılan yolları torpaqla doldurub keçənlər  SAXLANILDI - RƏSMİ

Qazılan yolları torpaqla doldurub keçənlər  SAXLANILDI - RƏSMİ

21 İyun 2020, 15:21

“Dünən torpaq yolla rayonlara getməyə cəhdlər olarsa, həmin şəxslərin xüsusi texniki vasitələrlə müəyyən ediləcəyini bildirmişdik. Artıq qazılan yolları torpaqla doldurub həmin yoldan keçməyə cəhd edənlər olub. Bununla bağlı artıq saxlanılanlar da var”.

 

Bunu Modern.az-a  Baş Dövlət Yol Polisi İdarəsinin (BYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

 

Şöbə rəisinin sözlərinə görə, polisin həmin ərazilərə nəzarət etməsinə ehtiyac yoxdur:

 

“Qeyd etdiyim kimi, xüsusi texniki vasitələrin, yəni, kameraların köməyi ilə qayda pozanlar müəyyən olunacaq. Hətta, torpaq yoldan keçib digər kameralarda görünən nəqliyyat vasitələrinin sürücüləri haqqında da tədbir görülür”.

 

Kamran Əliyev torpaq yolla getməyə cəhd etmənin səbəblərini də açıqlayıb:

 

“Aydındır ki, rayonlara getmək üçün torpaq yoldan keçmək istəyənlərin icazəsi olmadığından bu yola əl atır. Kiminsə sərt karantin rejiminin tətbiq olunmuş ərazilərdə rayonlara getmək icazəsi varsa, normal qaydada postdan keçir. Hazırda həmin postlarda  sıxlıq da yoxdur. Sözsüz ki, torpaq yoldan keçməyə cəhd edilirsə, həmin sürücünün ya sənədləri qaydasında deyil, ya da, postdan geri qaytarılmış nəqliyyat vasitəsinin sürücüsü və ya sərnişinidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər