Modern.az

Vyanada oyuncaqlar üçün xəstəxana yenidən “pasiyent” qəbul edəcək

Vyanada oyuncaqlar üçün xəstəxana yenidən “pasiyent” qəbul edəcək

21 İyun 2020, 16:16

Avstriyanın paytaxtı Vyananın mərkəzində iyulun 11-dən etibarən “Teddiber” Oyuncaq Xəstəxanası öz qapılarını uşaqlar və onların “xəstə” oyuncaqları üçün açacaq.

 

Vyana Tibb Universiteti, Avstriya Tələbələr Assosiasiyası və Vyana Həkimlər Palatasının birgə təşəbbüsü əsasında baş tutan bu layihə çərçivəsində üç gün ərzində uşaqlar öz oyuncaqlarını "həkim yoxlanışından" keçirə biləcəklər. Layihənin məqsədi uşaqların xəstəxana və həkimlərə qarşı qorxularını azaltmaq, xəstəxanalardakı mürəkkəb prosesləri sadələşdirilmiş formada izah etmək, eyni zamanda, uşaqların gələcək peşə seçimləri ilə bağlı tibb elminə maraq artırmaqdır.

 

Vyana Həkimlər Palatası nəzdində fəaliyyət göstərən “xəstəxana”da real xəstəxanalarda olduğu kimi bütün tibbi şərait və prosedur qaydaları mövcuddur. Burada qeydiyyat bölməsindən tutmuş buraxılış məntəqəsinə kimi çoxlu sayda şöbələr var. Uşaqlar öz sevimli oyuncaqlarını həkim müayinəsindən keçirdə, müxtəlif müayinə aparatlarında yoxlada bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı