Modern.az

Amerikada tutuquşu məhkəmə qarşısına çıxdı 

Amerikada tutuquşu məhkəmə qarşısına çıxdı 

Dünya

21 İyun 2020, 16:48

ABŞ-ın Miçiqan ştatının məhkəməsində tutuquşu cinayət işi ilə bağlı ifadə verib. O yeganə şahid kimi məhkəmə qarşısına çıxıb.

 

Modern.az "CNN"-ə istinadla bildirir ki, nəticə etibarilə cinayətin üstünü açmaqda quşun həm müstəntiqlərə, həm də məhkəməyə köməyi dəyib. O, sahibinin son sözlərini səsləndirərək ona atəş açan şəxsin adını tələffüz edib.

 

Polis əməkdaşları əvvəlcə zənn ediblər ki, tutuquşunun sahibi qarətçilər tərəfindən öldürülüb. Lakin sonradan Bad adlı tutuquşu qatilin adını çəkərək onları doğru yola yönəldib. Cinayətdən yarım il sonra quş mərhum sahibinin səsi ilə “Mənə atəş açma, Qlenna”, - deyib. Bildirilir ki, həlak olan kişinin həyat yoldaşının adı məhz belədir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir