Modern.az

Elçilik mərasimindən sonra 9 nəfər koronovirusa yoluxdu

Elçilik mərasimindən sonra 9 nəfər koronovirusa yoluxdu

Dünya

21 İyun 2020, 19:50

Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusua yoluxub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.

Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı “filyasyon” (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan  şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.

Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?