Modern.az

Türkiyə İraqın şimalına əlavə qüvvə çıxardı

Türkiyə İraqın şimalına əlavə qüvvə çıxardı

21 İyun 2020, 22:33

Türkiyə İraqın şimalına "Pəncə-Pələng" antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Bizim qəhrəman xüsusi təyinatlılarımız "Pəncə-Pələng" antiterror əməliyyatına qoşulmaq üçün sərhədi keçiblər".

Göndərilən xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir