Modern.az

Pandemiyanın kölgəsində: Moskvada keçiriləcək Qələbə paradına kimlər gedəcək, kimlər yox?

Pandemiyanın kölgəsində: Moskvada keçiriləcək Qələbə paradına kimlər gedəcək, kimlər yox?

Dünya

22 İyun 2020, 14:30

İyunun 24-ü Moskvada İkinci Dünya Müharibəsi sırasında Almaniya üzərində qazanılan qələbənin 75-ci ildönümünə həsr olunmuş hərbi parada keçiriləcək. Hər il mayın 9-da keçirilən Qələbə paradı bu il pandemiya səbəbindən 24 iyun tarixinə keçirilib. Yubiley tədbirlərində adətən, əksər Avropa və Asiya lideləri iştirak etsə də, bu il parada xeyli az ölkə liderləri qatılacaq. Bunun əsas səbəbi kimi, koronavirus pandemiyasının hələ də epidemioloji vəziyyətə təhlükə törətməsi ilə bağlıdır.

 

Modern.az 24 iyun Qələbə paradına qatılacaq ölkə liderlərini təqdim edir.

Tacikistan prezidenti İmoməli Rohmon paradın keçiriləcəyi gün səhər Moskvaya səfər edəcək. Onu prezidentin xarici siyasət məsələləri üzər köməkçisi Azamşo Şərifi və müdafiə naziri Şirəli Mirzə müşaiyət edəcək.

 

Bundan başqa, Moskva paradına Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Moldova prezidrnti İqor Dodon, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov, Özbəkistan lideri Şövkət Mirzəyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Serbiya lideri Aleksandr Vuçiç, Xorvatiya prezidenti Zoran Milanoviç, Bosniya və Hersoqovinanın tərkibindəki Serb Respublikasının rəhbəri Milorad Dodik, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas iştirak edəcək. Onlarla yanaşı, qondarma Abxaziya respublikasının lideri Aslan Bjaniya və Cənubi Osetiya rəhbəri Anatoli Bibilov da mərasimə qatılacaqlar.

 

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Türkmənistan rəhbəri Qurbanqulu Berdıməhəmmədov isə dəvət olunsalar da Qələbə Paradına qatıla bilməyəcəklər. Keçmiş MDB ölkələrindən Ukrayna prezidenti Vladimir Zelenski və Gürcüstan prezidenti Salome Zurabişviliyə isə ümumiyyətlə, dəvət göndərilməyib.

Adətən, yubiley vaxtı Kremlin təşkil etdiyi Qələbə paradına dünyanın əksər ölkələeindən, xüsusən, müharibə zamanı Soveti İttifaqının müttəfiqi olmuş Böyük Britaniya, ABŞ, Fransa kimi önəmli ölkələrindən yüksək ranqlı qonaqlar gəlirdi. Builki tədbirlər Avropa liderləri tərəfindən boykot edilib. Bunun pandemiya ilə əlaqələndirənlərlə yanaşı, Moskva ilə Vaşinqotn və Brüssel arasındakı siyasi-diplomatik soyuqluğa bağlayanlar da az deyil.

 

Belə ki, Moskva ilə Qərb arasında münasibətlətin isti olduğu 1995-ci ildə Qələbənin 50-ci ili münasibətliə keçirilən 9 may paradına o zamankı prezident Borius Yeltsinin dəvəti ilə 56 ölkə lideri qatılmışdı. ABŞ prezidenti Bill Klinton, Buirləmiş Millətlər Təşkilatının sədri Butros Butros-Qali, Böyük Britaniya baş naziri Con Meycor, Çin lideri Tzyan Tzemin, Kanada baş naziri Jan Kretyen, Almaniya kansleri Helmut Kol, Fransa prezidenti Fransua Mitteran, Türkiyə baş naziri Tnasu Çiller və bütün MDB ölkələrinin rəhbərləri (Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna lideri Leonid Kuçma daxil olmaqla) qatılmışdı.

 

24 iyun günü Qırmıız meydanda 15mindən artıq hərbi qulluqçu və 200-dən artıq hərbi texnika iştirak edəcək. Paradda Azərbaycan ordusunun 75 hərbçisi də daxil olmaqla, bir neçə ölkənin hərbi qulluqçuları da addımlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır