Modern.az

İranda koronavirusa yoluxan və ölənlər daha da artdı

İranda koronavirusa yoluxan və ölənlər daha da artdı

22 İyun 2020, 15:21

İranda daha 2 573 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 119 nəfər virusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 207 525-ə, ölənlərin sayı isə 9742-yə yüksəlib. 

İranda koronaviruslu xəstələrdən 166 427 nəfəri sağalıb, 31 356 nəfərin müalicəsi davam etdir.

 

Qeyd edək ki, İran dünya ölkələri sırasında koronavirusa yoluxma sayına görə 10-cu pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı