Modern.az

Azərbaycanlı tələbənin qətlində YENİ DETALLAR – Qatil rus millətçisi olub

Azərbaycanlı tələbənin qətlində YENİ DETALLAR – Qatil rus millətçisi olub

22 İyun 2020, 23:12

Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Timur Qavrilovun qatili ilə bağlı yeni detallar üzə çıxıb.

Modern.az “Bloknot Volqoqrad”a saytına istinadən xəbər verir ki, Belarusa qaçmaq istəyərkən Smolensk şəhərində tutulan 22 yaşlı şübhəli Vitali Vasilyevin yaxalanmasında çevrəsindən olan şəxslərin yardım etdiyi məlum olub.

Belə ki, onlar polisə zəng edərək azərbaycanlı tələbəni Vladimir Vasilyevin öldürdüyünü deməklə onun şəxsiyyətinin müəyyənləşməsində yardımçı olublar.

“Vladimiri onun dostlarının yardımı ilə yaxalamaq mümkün oldu. Vladimir Vasilyev digər millətlərə nifrət təbliğ edən təşkilatın üzvü olub. Nəticədə, o, qeyri-rus millərindən olan birini öldürmək qərarına gəlib. O, Timuru seçərək arxasınca gedib, qaranlıq yerdə hücum edərək,  bıçaqlayıb”-deyə istintaqdakı mənbə jurnalistlərə məlumat verib.


22 yaşlı Vladimir Vasilyevin heç yerdə oxumadığı və işsiz olduğu, cinayət baş verənə qədər Timur Qavrilovu tanımadığı da söylənilir. Hazırda Volqoqrad məhkəməsi Vladimir Vasilyev barəsində avqustun 21-nə qədər həbs-qəti imkan tədbiri seçərək barəsində qəsdən adam öldürmə maddəsi ilə iş açıb.

 

17 yaşlı Timur Qavrilov Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır