Modern.az

Fransada koronavirus qurbanlarının sayı 29 663-ə çatdı

Fransada koronavirus qurbanlarının sayı 29 663-ə çatdı

22 İyun 2020, 23:43

Fransada koronavirus qurbanlarının sayı artıb. 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin  xəstəxanalarında son bir gündə daha 23 nəfər koronavirusdan ölüb.


Fransanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, Fransada epidemiyanın başlanğıcından 29 663 insan ölüb. Onlardan 19 206-sı xəstəxanalarda vəfat edib.

Sosial və tibbi-sosial müəssisələrdə ölənlər barədə məlumatlar iyunun 23-də yenilənəcək.

Qeyd edilir ki, hazırda ölkə xəstəxanalarında 9 693 insan müalicə edilir. Son gün ərzində virusa yoluxmuş daha 142 pasiyent xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində 701 insan müalicə edilir. Son 24 saatda daha 16 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.

Epidemiyanın başlanğıcından Fransada demək olar ki, 104 min insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə edilib. Ölkədə koronavirusdan 74,6 min insan sağalaraq evə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir