Modern.az

İsraildə koronavirusun ikinci dalğası başladı

İsraildə koronavirusun ikinci dalğası başladı

23 İyun 2020, 00:15

İsrail hökuməti ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsraildə epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm hallarına səbəb ola bilər.

Mövcud vəziyyətlə bağlı yenidən ciddi karantin rejiminin tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, bu günədək İsraildə 21 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 307 nəfər vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir