Modern.az

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri - SİYAHI

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri - SİYAHI

Ölkə

23 İyun 2020, 11:54

Bakı şəhəri üzrə koronavirusa yoluxma halları artıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 50,2 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 52 faiz təşkil edir.

 

Ölkə üzrə ikinci ən çox yoluxma 15,3 faizlə Abşerondadır. Üçüncü yerdə 10,3 faizlə Gəncə-Qazax zonasıdır. Yoluxmanın 8,1 faizi Aranda, 6,4 faizi Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1,9 faizi xaricdən gələnlərdir.

 

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Quba-Xaçmaz, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,5 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,03 faizdir.

 

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,3 faizi Binəqədi, 12,2 faizi Yasamal, 12,2 faizi isə Xətai ,11,7 faizi isə Sabunçu, 10,9 faizi Nəsimi, 9,2 faizi Suraxanı 8,8 faizi Nərimanov, 7,9 faizi Nizami, 6 faizi Qaradağ, 4,3 faizi Xəzər, 4,2 faizi Səbail, 0,3 faizi Piralladı rayonlarının payına düşür.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!