Modern.az

Polşada NATO-nun 2 min əsgəri yerləşdiriləcək – Rusiya narahatdır 

Polşada NATO-nun 2 min əsgəri yerləşdiriləcək – Rusiya narahatdır 

Dünya

23 İyun 2020, 12:15

ABŞ Polşa ərazisinə daimi olaraq iki min hərbi qulluqçusunu yerləşdirəcək.

Modern.az xəbər verir ki, Polşa mətbuatının yaydığı məlumata görə, ölkəyə əvvəlcədən nəzərdə tutulmuş min yox, iki min amerikalı əsgər köçürüləcək. ABŞ-ın Kentukkidəki 5-ci ordu korpusunun komanda heyəti də Polşaya gətiriləcək. ABŞ, həmçinin ölkə ərazisində 30 ədəd F-16 təyyarəsi də yerləşdirmək fikrindədir. Məsələylə bağlı son qərar Polşa prezidenti Ancey Duda və ABŞ rəhbəri Donald Trampın iyunun 24-də Vaşinqtonda baş tutacaq görüşlərində veriləcək. Hazırda Polşada beş minə yaxın Amerika hərbçisi var.


Bütün bunlarla yanaşı Rusiya Polşada Şimali Atlantika Alyansının hərbi infrastrukrunun yerləşdiriləcəyi halda bu ölkənin öz ölkəsi üçün təhlükəli olacağını bildirib. Rusiya həm də NATO infrastrukturunun davamlı olaraq sərhədlərinə yaxın ərazilərinə köçürülməsini xoşagəlməz hal kimi qiymətləndirib.  


Bir neçə gün öncə isə Polşa Rusiya qazını Amerika qazı ilə əvəz edəcəyini bildirmişdi. Hazırda Polşa mavi yanacağın 60%-ni Rusiyadan alır. Ölkənin “Qazprom”la bağladığı müqavilənin vaxtı 2022-ci ildə sona çatır. Varşava müqavilənin vaxtını uzatmayacağını və qazın çox hissəsini ABŞ-dan idxal edəcəyini deyib.        

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır