Modern.az

75 il öncəki Qələbə paradı - Nadir FOTOLAR

75 il öncəki Qələbə paradı - Nadir FOTOLAR

23 İyun 2020, 14:50

Alman faşizmi üzərində qələbədən sonra ilk rəsmi parad keçmiş SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1945-ci ilin iyunun 24-də Moskvadakı Qızıl meydanda keçirilib. 

İosif Stalinin əmri ilə paradı Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib.

Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb. 1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıblar. Göstərdikləri şücaətlərə görə həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.


Qeyd edək ki, 24 iyunda Rusiya paytaxtı Moskvada faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad keçirilir.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub. Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyət təmsil edir.


Modern.az saytı Risiya mətbuatına istinadən 75 il öncə  - iyunun 24-də Moskvadakı Qızıl meydanda keçirilmiş ilk qələbə paradından çəkilmiş nadir şəkilləri təqdim edir:



24 iyun 1945-ci il. Moskvadakı Qızl meydan.


Ali Baş Komandan İ. V. Stalin (üç gün sonra generalissimus ali hərbi rütbəsini alır) və paradı qəbul edən Q.K.Jukov.


Orduya marşal K.K. Rokossovski komandirlik edirdi.

Bütün cəbhələrin birləşmiş qoşunları təntənəli yürüşlə Qırmızı meydandan keçirdilər.

Birinci cərgədə “Qırmızı Ulduz” və “Vətən Müharibəsi” ordeni kavalerləri addımlayırdı. Paradda ümumilikdə 35 min hərbi qulluqçu iştirak edirdi.


Yürüşü xüsusi bölük başa çatdırırdı. Mavzoleyin qarşısında 200 nasist bayrağı yer atıldı. Əsgərlərin bu bayraqları tutan əlcəkləri paraddan sonra yandırıldı.


Qələbə paradına diplomatik korpusun nümayəndələri və digər xarici qonaqlar da dəvət edilmişdi.

Sovet İttifaqı Qəhrəmanı, I dərəcəli “Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordeni kavaleri, podpolkovnik V. B. Mironov Berlin uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlar dəstəsinə komandanlıq edirdi.


Özüyeriyən artilleriya qurğuları Qələbə paradında iştirak etmək üçün Qırmızı meydana tərəf hərəkət edirlər.


Qızıl meydandan, həmçinin əfsanəvi T-34 və o dövrdə dünyanın ən güclü tankları sayılan ИС-2 tankları da keçmişdi.


Paradın sonunda marşal Jukov xarici hərbi nümayəndələri salamlayır. Həmin dövrdə xarici hərbçilər də paradda iştirak etmişdilər. I Belarus cəbhəsi alayının tərkibinə Polşa hərbçiləri də qatılmışdı. Bolqar general-leytenant Vladimir Stoyçev isə III Ukrayna cəbhəsinin ümumi qoşunlarının başında getmək şərəfinə nail olmuş yeganə xarici zabit idi.     


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir