Modern.az

Magistraturaya proqram və ixtisas seçimi başa çatdı

Magistraturaya proqram və ixtisas seçimi başa çatdı

23 İyun 2020, 15:14

2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına proqram və ixtisaslaşma seçimi başa çatıb.

 

Modern.az-ın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ümumilikdə təsdiq edilmiş ərizlərin sayı 11380 olub. Onlardan 10549-u Azərbaycan, 831-i rus bölməsidir. 

 

Qeyd edək ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminə iyunun 8-dən başlanılıb. 

 

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir