Modern.az

Ermənilərin Qazaxda dağıtdığı qəbirlərlə bağlı AŞPA-ya sənəd göndəriləcək

Ermənilərin Qazaxda dağıtdığı qəbirlərlə bağlı AŞPA-ya sənəd göndəriləcək

14 Yanvar 2010, 14:31

Azərbaycan nümayəndə heyəti Qazax rayonunda ermənilər tərəfindən məzar daşlarının dağıdılması barədə sənədi AŞPA-ya təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov məlumat verib. “Erməni tərəfi Qazax rayonunun Qızılhacılı kəndində qəbirüstü daşları dağıtmaqla Azərbaycanın tarixi irsini təmsil edən abidələrin məhv edilməsi istiqamətində daha bir təxribat törədiblər. Biz bu fakt üzrə növbəti sənədi hazırlayırıq və onu AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsində, həmçinin Mədəni İrs üzrə akt komitədə ayrıca məsələ kimi qaldıracağıq”-deyə deputat əlavə edib.
R.Hüseynov xatırladıb ki, əvvəllər o, AŞPA üçün “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi qəbirlərin Ermənistan tərəfindən dağıdılması haqqında”, “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən nüvə tullantılarının basdırılması yerlərinin yaradılması haqqında” sənədlər hazırlayıb: “Həmin sənədlərdə işğal olunmuş ərazilərdə, hətta Ermənistanın özündə azərbaycanlılara məxsus məzarların tam dağıdılmasına dair faktlar əksini tapıb”. Azərbaycan KİV-i video və fotomateriallar göstərərək bildirib ki, bu il yanvarın ilk günlərində Ermənistan-Azərbaycan təmas xəttinin neytral zolağında Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında 30 qəbirüstü abidə ermənilər tərəfindən dağıdılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir