Modern.az

Deputatdan viruslu xəstələr üçün dərmanların tapılmamasına sərt REAKSİYA

Deputatdan viruslu xəstələr üçün dərmanların tapılmamasına sərt REAKSİYA

24 İyun 2020, 14:40

TƏBİB-in tövsiyəsinə əsasən, yüngül formada koronavirus xəstələri poliklinika həkimlərinin müalicəsi və nəzarəti ilə evlərdə müalicə olunmalıdır. Hətta poliklinikalar TƏBİB tərəfindən müalicə sxemi - protokolu ilə təmin edilib.

Təəssüfedici məqam isə apteklərdə bu dərmanların heç birinin tapılmaması ilə bağlıdır.

Belə olan halda, xəstələr necə müalicə olunmalıdır?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib:


“Bu gün ölkəmizdə koronavirusa qarşı çox yüksək səviyyədə mübarizə  aparılır. Əlbəttə, dünyanın heç bir ölkəsi bu epidemiyaya hazır deyil. Bizim ölkədə bu məsələ möhtərəm Prezidentimizin və möhtərəm Birinci vitse-prezidentin hər an diqqətində idi. İlk günlərdən bütün istiqamətlərdə kompleks tədbirlər həyata keçirilir. Son vaxtlar xəstəliyə yoluxmanın  və ölüm hallarının artması tendensiyası bəzilərinin əlinə fürsət verib. Belə ki, hər zaman fürsətdən mənfəət qazanmağı  sevən möhtəkirlər bu dəfə də TƏBİB-in müalicə üçün tövsiyə etdiyi bu dərmanları qəhətə çıxarıblar.

Həqiqətən də yuxarıda qeyd edilən dərmanları apteklərdən əldə etmək demək olar ki, mümkün deyil”.

Məlahət İbrahimqızı  bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib:

“Bir halda ki, koronaviruslu yüngül xəstələr evdə müalicə olunacaq, onda müalicə üçün lazım olan bütün dərmanlar ibütün apteklərdə tapılmalıdır. Vətəndaş onsuz da bu dərmanları öz pulu ilə alacaq. İnanıram ki, həm TƏBİB, həm  Səhiyyə Nazirliyi, həm də müvafiq qurumlar bu məsələni ciddi nəzarətdə saxlayacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub