Modern.az

ABŞ Dövlət katibi: “Çin ABŞ xalqına təhlükə törətdir”

ABŞ Dövlət katibi: “Çin ABŞ xalqına təhlükə törətdir”

24 İyun 2020, 17:32

Çin Kommunist Partiyasının addımları amerikalıların mövcudluğuna təhlükədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.

“Donald Tramp administrasiyası ilk olaraq bu təhlükəyə reaksiya verdi”- deyə Mayk Pompeo deyib.

 

Vaşinqtonla Pekin arasında münasibətlər Ağ Evin Çini COVID-19 pandemiyasını qəsdən yaymaqda ittiham etməsi ilə gərginləşmişdi. ABŞ Senatının “COVİD-19-a görə məsuliyyə” adlı qanun layihəsi Çinə sanksiyalar paketi nəzərdə tutur.  

 

 

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı