Modern.az

General Rafiq Abbasov bakılıların şikayətini internetlə qəbul edəcək

General Rafiq Abbasov bakılıların şikayətini internetlə qəbul edəcək

Ölkə

14 Yanvar 2010, 14:58

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib. Modern.az xəbər verir ki, BŞBPİ-dən verilən məlumata görə, şəhər sakinləri bundan sonra idarə rəisi, polis general-mayoru Rafiq Abbasovla internet vasitəsilə əlaqə saxlaya biləcəklər.
Bakı Şəhər Baş Polis İdarəsinin paytaxt sakinlərinə müraciətində bildirilib:
- Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik və qeyri-əxlaqi davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasovun [email protected] e-mail unvanına müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub