Modern.az

Azərbaycan XİN: “Qarabağ probleminin nizamlanması ölkənin xarici siyasətində prioritetdir”

Azərbaycan XİN: “Qarabağ probleminin nizamlanması ölkənin xarici siyasətində prioritetdir”

Ölkə

14 Yanvar 2010, 17:29

Ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivliyi ilə xarakterizə olunub. Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in 2009-cu ilin yekunlarına həsr olunmuş bugünkü məlumatında bildirilir.

“İl ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüşün və XİN başçıları arasında bir neçə görüşün keçirilməsi bundan xəbər verir. Beynəlxalq birlik münaqişədə status-kvo-nun saxlanmasının yolverilməz olduğunu və münaqişənin tezliklə həllinin vacibliyini başa düşür”,-deyə sənəddə vurğulanır.

 

Buna sübüt kimi XİN Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) prezidenlərinin Qarabağa dair 10 iyul tarixli müvafiq bəyanatını, həmçinin bu ölkələrin, Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının 1 dekabr tarixli bəyanatını yada salır.

 

“Azərbaycanın münaqişənin həllində tutduğu mövqe birmənalıdır. Münaqişə öz həllini yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və bizim dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Helsinki yekun aktına və münaqişənin nizamlanması çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaişənin dinc yolla nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlib», -deyə sənəddə bildirilir.

 

Azərbaycan XİN bildirir ki, xarici siyasət idarəsi tərəfindən indiyədək aparılan iş 2010-cu ildə və daha uzaq perspektivdə konstruktiv beynəlxalq əməkdaşlığa, sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasının inkişafına yönəlmiş milli xarici siyasət vəzifələrinin əsasını yaradıb.

 

«Əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və dövlətimizin ərazi bütövlüyünün bərpasıdır.Azərbaycanın Cənubi Qafqazda liderlik rolunun gücləndirilməsi, bərabərhüquqlu və sabit iki və çoxtərəfli münasibətlərin inkişafı, Avroatlantik inteqrasiya proseslərində iştirak və dünya enerji bazarlarına ixrac və tranzit imkanlarının genişləndirilməsilə bağlı məsələlər də prioritet olaraq qalır», -deyə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir