Modern.az

Koronavirusa inanmayanların ARQUMENTLƏRİ – Bill Geyts, biloji silah, 5G, adi qrip…

Koronavirusa inanmayanların ARQUMENTLƏRİ – Bill Geyts, biloji silah, 5G, adi qrip…

Dünya

25 İyun 2020, 15:37

Koronavirus artıq 6-cı aydır ki, dünyanın əsas hadisəsinə çevrilib. Yoluxanların sayı 9,2 milyonu keçərək sürətlə 10 milyona yaxınlaşan virus bu günə qədər bir çox sullar doğurur.

Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ kəşfiyyatı COVID-19 virusunun təbii mənşəyə malik olduğu, Çinin Uxan şəhərinin heyvan bazarında yarasadan insana keçməsini açıqlayıb. Buna baxmayaraq, bəzi Qərbə KİV-i və ABŞ Dövlət katibi Mayk Pompeo virusun süni mənşəyə malik olması, Uxan şəhərində yerləşən virus laboratoruyasında insana keçdiyini və rəsmi Pekinin bu faktı uzun müddət gizlətdiyini ehtimal edir.

 

Virusa yoluxan ilk insanın (sıfırıncı pasinet) kimliyinin müəyyən olunmaması da COVID-19-a bağlı fərqli nəzəriyyələrin irəli sürülməsinə səbəb olub. Modern.az koronavirusa skeptik yanaşanların ən geniş yayılmış 4 nəzəriyyəsini təqdim edir.

 

Belə nəzəriyyələrdən biri Azərbaycanda da geniş yayılmış “virus yoxdu yaxud olsa da, çox təhlükəli deyil” tezisinə əsaslanır. Bu nəzəriyyənin tərəfdarları xəstəxanalara yerləşdirilən insanların adi qripdən yaxud qripin ağırlaşmış formasından əziyyət çəkdiyini iddia edirlər. Bəziləri isə COVID-19-un mövcud olduğunu lakin onun təqdim edildiyi qədər təhlükəli olmadığını, xəstələrin çoxluğunu həkimlərin qəsdən statistikanı artımaq üçün etdiklərini söyləyir. Konspiroloji nəzəriyyə tərəfdarları COVID-19 virsunun mövcudluğunu ortaya atmaqla hökumətlərin vətəndaşların hüquq və azadlıqlarını daha da məhdudlaşdırmaq istədiklərini, virusa qarşı əhaliyə dərmanlar satmaqla gəlir əldə etdiyini iddia edirlər.

 

Koronavirusla bağlı geniş yayılmış daha bir nəziyyə onun bioloji silah olması ilə bağlıdır. Siyasi simpatiyasından asılı olaraq bəzi konspiroloqlar virusun Çin, digərləri, ABŞ, az qismi isə Rusiya tərəfindən laborator şəraitdə yaradılması ilə bağlıdır. Onların fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinə görə, Çin bu virusu ABŞı- məğlub etmək məqsədilə yaradıb. Geosiyasi rəqibinin iqtisadiyyatını iflic etməklə Çin Kommunist Partiyası dünyada kommunizmi yaymaq məqsədi güdür. Əks-qütb isə Tramp administrasiyasının analoji addımı atdığını iddia edir.

 

“COVID-19 Bill Geytsin Yer kürəsi sakinlərinə çip yerləşdirmək üçün ortaya atılıb” nəzəriyyəsi də populyar qalmaqda davam edir. Dünyanın ən zəngin ikinci şəxsi sayılan Boll Geyts “Microsoft” şirkərinin prezidengti olduğu dövrdən Afrika ölkələrində peyvənd işi aparan xeyriyyə təşkilatının əsas maliyyəçisi idi. 2000-ci illərdən o, virusların bəşəriyyət üçün ən böyük təhlükə olmasını, insanların sayının planetin resurslarından artıq saya çatması barədə fikirləri ilə diqqət cəlb edirdi. Bundan başqa, konspiroloqlar sadə insanların varlı maliyyə elitaları tərəfindən müasir texnoloji vasitələr, o cümlədən çiplərdən istifadə olunaraq idarə olunmasında Bill Geyts kimi zəngin şəxslərin aktiv olduğunu iddia edirlər.

 

Koronavirusun təbii səbəbdən deyil, 5G şüalanması ilə yarandığını iddia edənlər də kifayət qədərdir. Bu nəzəriyyənin tərəfdarları 5G şüalarının insanda oksigen çatışmazlıöı yaratdığını, həkimlərin bunu səhvən COVID-19-la əlaqələnditdiyi söyləyir. 5G nəzəriyyəsi o qədər populyar olub ki, Böyük Britaniya və Cənubi Koreyada bir neçə stansiya yerli əhali tərəfindən dağıdılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir