Modern.az

Avropanın bu ölkəsi koronavirusdan QURTULDU

Avropanın bu ölkəsi koronavirusdan QURTULDU

25 İyun 2020, 15:32

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Mərkəzi Avropanın cənub-qərbində yerləşən Lixtenşteyndə infeksiyaya yoluxmuş 82 nəfərdən biri ölüb, 81 nəfər sağalaraq evə buraxılıb.

  

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Lixtenşteyni koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, VatikanLaos, QvadelupaSint-MartenBruneyQrenada, Cəbəllütariq və Dominikada koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir