Modern.az

Azərbaycanda toylara hələ icazə verilməyəcək

Azərbaycanda toylara hələ icazə verilməyəcək

25 İyun 2020, 18:02

“Hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 Onun sözlərinə görə, qaydalar sərtləşdikcə, psixoloji gərginlik də artır:

"Vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz".

Digər ölkələrdə toyların bərpasına, Azərbaycanda isə buna icazə verilməməsinə gəlincə, TƏBİB rəsmisi deyib ki, bununla bağlı bütün ölkələrlə daim əlaqədədirlər:

"Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".

Y.Qarayeva onu da bildirib ki, beynəlxalq uçuş üçün xaricə səfər edənlərin laborator müayinəsini TƏBİB aparmır.

Onun sözlərinə görə, bununla bağlı məlumatlar "AZAL"ın rəsmi saytında var:

"Bu məsələni "AZAL" və labaratoriyalar tərəfindən həyata keçirilir. Testin qiyməti barədə isə TƏBİB-də məlumat yoxdur".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır