Modern.az

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq

Azərbaycan, Ermənistan  və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq

Təhsil

14 Yanvar 2010, 17:38

st1:*{behavior:url(#ieooui) }

Yanvarın sonlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq. Modern.az bu barədə türk mətbuatına istinad edib.  Diplomatik mənbələrdən “Zaman”a verilən məlumata görə, bu görüşdə Qarabağa dair son qərar qəbul oluna bilər.

  

“Rusiyada keçiriləcək görüşdən sonra şifahi və ya yazılı formada qəbul olunacaq birgə bəyannamə, Azərbaycan və Ermənistanın Madrid prinsiplərinin yeniləşmiş variantına razı olduqlarını aydın göstərəcək ki, bu da nizamlama prosesində vacib mərhələ olacaq. Bu, Türkiyəyə Cənubi Qafqazda vəziyyətin nizama salınması üzrə cari səylərdə tərərqqi əldə olunmasını dəstəkləmək üçün sərbəst hərəkət imkanı verəcək ”.

 

Ankarada hesab edirlər ki, Cənubi Qafqazdakı diplomatik fəallıq sonda Qarabağ nizamlamasında tərəqqiyə gətirib çıxaracaq və bu, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması məsələsində irəliləməyə imkan yaradacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü