Modern.az

Ermənilər Qarabağdakı təlimlərdə Azərbaycan bayrağını hədəf aldılar - VİDEO

Ermənilər Qarabağdakı təlimlərdə Azərbaycan bayrağını hədəf aldılar - VİDEO

26 İyun 2020, 20:56

Bu gün Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

 

Modern.az xəbər verir ki, Ağdamın Şahbulaq adlanan ərazisində keçirilən təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atır.

 

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan də izləyib.

Təlimlərin Azərbaycanın Milli Ordu günü ilə eyni vaxta təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.

 

Vüqar İSMAYILOV

Eybulla AĞADADAŞOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır