Modern.az

Meşə yanğınlarından ən çox ziyan çəkən ölkə

Meşə yanğınlarından ən çox ziyan çəkən ölkə

Dünya

26 İyun 2020, 21:33

Portuqaliyada bu ölkədə və İspaniyada baş verən meşə yanğınlarına dair araşdırmaların, həmçinin yanğınların qarşısının alınması üzrə təkliflərin təqdim edildiyi "Planet od içindədir" adlı hesabat dərc olunub.

Modern.az xəbər verir ki, məruzədə kənd yerlərinin tərk edilməsi, ənənəvi kənd təsərrüfatı işlərinin dayandırılması və meşə ərazilərinin idarə edilməsi üçün müvafiq mexanizmlərin olmaması səbəbindən yanğınlar üzrə "Avropa çempionu" sayılan Portuqaliyada hər il 3 faizdən çox meşə sahəsinin məhv olduğu vurğulanır.

Pireney yarımadasındakı meşə yanğınlarına dair hesabatda Portuqaliyada hər il orta hesabla 120 min hektar meşə sahəsinin yandığı qeyd edilir. Bu, Portuqaliya ilə müqayisədə meşə ərazisi 80 faiz az olan İspaniyada baş vermiş meşə yanğınlarından 20 faiz çoxdur.

"Bu rəqəm onu göstərir ki, İspaniya ərazisində qeydə alınmış 0,4 faiz meşə yanğını ilə müqayisədə Portuqaliyada hər il ümumən 3 faizdən çox meşə sahəsi yanır. Hər yay mövsümündə Portuqaliyada baş verən meşə yanğınları ölkənin meşə örtüyünün xeyli hissəsini məhv edir. Portuqaliya XXI əsrin əvvəlindən bəri yanğınlar səbəbindən ən çox meşə ərazisi itirmiş ölkələr arasında Avropada birinci, dünyada isə dördüncü ölkədir", - deyə sənəddə qeyd olunub.

Hesabatda müqayisə baxımından miqyasına və davamlılığına görə Avstraliyada daha çox meşə yanğınının baş verməsi də öz əksini tapıb. Lakin son illər ərzində Portuqaliya, Yunanıstan, İtaliya və İspaniya kimi ölkələrdə yanğınlar nəticəsində artıq yüzlərlə insan həyatını itirib. Əgər bu dinamika davam edərsə, əsasən kənd və şəhər rayonlarının bitişik ərazilərində baş verən yanğınlar "insanların həyatını bundan sonra da təhlükə altına alacaq".

"Planet od içindədir" hesabatında qlobal miqyaslı böyük yanğınların "İqlim dəyişikliyi ilə sıx bağlı" olması vurğulanıb. Bundan əlavə, yanğına qarşı qabaqlayıcı tədbirlərlə yanğının söndürülməsi arasında uyğunsuzluğun olması və bütün bunların "ekoloji problemin həlli üçün daim kifayət etməməsi" hesabatda xüsusi yer alıb.

Hesabatın sonunda 2019-cu ilin dünya tarixində yanğınlar ili kimi göstərilməsi və bu amilin qlobal iqlim dəyişikliyi üçün ideal şərait yaratması diqqətə çatdırılıb. Bununla yanaşı, hesabatda son 20 ilin müşahidə tarixində ən isti il olması və bu tendensiyanın davam edəcəyi halda yanğınların davam edəcəyi ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!