Modern.az

İtaliyada COVID-19 qurbanlarının sayı 34 708 nəfərə çatıb

İtaliyada COVID-19 qurbanlarının sayı 34 708 nəfərə çatıb

Dünya

26 İyun 2020, 21:58

İtaliyada COVID-19 qurbanlarının sayı artıb. 

 

Modern.az xəbər verir ki, son sutkada İtaliyada COVID-19-dan 30 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumata görə, bununla da pandemiya qurbanlarının ümumi sayı 34 708 nəfərə çatıb.

Bildirilir ki, Qərbi Avropa ölkəsində pandemiyanın başlanğıcından təhlükəli virusa demək olar, 240 min nəfər yoluxub. Bununla yanaşı, virusa yoluxmuş 187 min insan sağalıb.

Qeyd edək ki, ötən gün İtaliyada 34 nəfər COVID-19-dan ölmüşdü. Ölkədə koronavirusdan ən çox ölüm martın sonlarında qeydə alınıb. Həmin vaxt bir gündə 969 nəfər pandemiyanın qurbanı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür