Modern.az

Binəqədi rayonunun qazı kəsiləcək

Binəqədi rayonunun qazı kəsiləcək

14 Yanvar 2010, 22:06

Bakı dairəvi avtomobil yolunun kommunikasiya xətlərinin köçürülməsi ilə əlaqədar olaraq, yanvarın 15-də saat 09:00-dan etibarən “Alatava” QPS-dən qidalanan Binəqədi rayonunun böyük bir ərazisini təbii qazla təmin edən diametri 500 millimetrlik “9-cu mikrorayon – Binəqədi BQDPM” orta təzyiqli qaz kəmərində təchizat dayandırılacaq. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən xəbər verilib.
İş görülən müddətdə Binəqədi rayonunun 9-cu, 7-ci, 8-ci mikrorayonlarında, Vorovski qəsəbəsində və M. Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq. İşlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür