Modern.az

DTX məlumat YAYDI“MTN-in belə əməkdaşı olmayıb”

DTX məlumat YAYDI - “MTN-in belə əməkdaşı olmayıb”

27 İyun 2020, 14:48

Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı", ""Mandarin Travel" agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova  adlı əməkdaşı olmayıb:

 

"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir