Modern.az

Gücləndirilmiş karantin rejimindən sonra Bakı nəqliyyatından FOTOREPORTAJ

Gücləndirilmiş karantin rejimindən sonra Bakı nəqliyyatından FOTOREPORTAJ

27 İyun 2020, 14:55

Azərbaycan respublikasının 8 şəhər və rayonlarında iyunun 21-dən iyulun 5-dək gücləndirilmiş karantin rejimi elan edilib.

 

Bu səbəbdən əksər müəssisə və təşkilatlarda iş rejimi ya dayandırılıb ya da işçi heyətin yarı qismi gündəlik olaraq ofis mühitindən çalışır. Bundan başqa kafe və restoranların, ictimai iaşə obyektlərinin bir çoxunun və gözəllik salonlarının fəaliyyətinə məhdudiyyət qoyulub. Bütün bu hallar paytaxt ərazisindəki ictimai nəqliyyat vasitələrində sıxlığın aradan qalxması ilə nəticələnib.

Modern.az-ın əməkdaşı adi halda ciddi sıxlıq müşahidə olan şəhər avtobuslarının indiki halını lentə alıb. Görüntülərdən də məlum olur ki, TƏBİB-in də yoluxma riskinin yüksək olduğunu dediyi ictimai nəqliyyatda risk daha minimuma enib. Bundan başqa insanlar nəqliyyatda maska istifadəsinə əvvəlkinə nisbətdə ciddi yanaşırlar.

 

Fotolar: İsmət Paşa

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı