Modern.az

Facebook-un sahibi 1 gündə 7 milyard dollar itirdi - SƏBƏB

Facebook-un sahibi 1 gündə 7 milyard dollar itirdi - SƏBƏB

27 İyun 2020, 17:07

ABŞ-ın Facebook şirkətinin sahibi Mark Zukerberqin sərvəti son 24 saatda 7,1 milyard dollar azalıb.

 

Modern.az Forbes jurnalına istinadən xəbər verir ki, maliyyə itkiləri Coca-Cola və s. iri şirkətlərin Facebook-a reklam sifarişləri verməkdən imtina etməsi ilə bağlıdır.

Hazırda Zukerberinq sərvəti 86,8 milyard 79,7 milyard dollara qədər geriləyib. İş adamı Facebbok-un 15% səhminin sahibidir. Cümə günü Nasdaq birjasında 1 səhmin qiyməti 8,3% dəyər itirərək 216,08 dollara düşüb.

 

Facebook-a qarşı iri şirkətlərin boykot kampaniyası sosial şəbəkənin irqi və milli nifrət təbliğ edən reklam çarxları və xəbərlərə qarşı sərt tədbirlər görməməsi ilə bağlıdır.

Mark Zukerberq isə Facebook-un nifrət çağırışları və feyk xəbərlərə qarşı mübarizəsini gücləndirmək üçün yeni funksiyalar istifadəyə verəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir