Modern.az

Merkel Avropaya xəbərdarlıq etdi: ABŞ liderlikdən imtina edir

Merkel Avropaya xəbərdarlıq etdi: ABŞ liderlikdən imtina edir

Dünya

27 İyun 2020, 17:44

Almaniya kansleri Angela Merkel Avropanı ABŞ-ın liderlik etmədiyi bir dünyada yaşamaq üçün hazır olmağa çağırıb.

Modern.az xəbər verir ki, “The Guardian” saytına verdiyi müsahibəsində o, Avropa ölkələrinin yeni reallıq barədə ciddi düşünməsinin vacibliyindən danışıb.

Merkelin sözlərinə görə, Vaşinqton artıq əvvəlki kimi dünya lideri rolunu oynamağa can atmır:

“Biz bu vaxta qədər Birləşmiş Ştatların dünyaya rəhbərlik etmək istəməsi bilgiləri ilə böyümüşük. Əgər bu gün ABŞ öz istəyi ilə bu rolu yerinə yetirməkdən imtina edirsə, biz bu haqda ciddi düşünməliyik”.

AFR kansleri Almaniyada Amerika hərbi kontingentinin azadılmasını şərh edərək, ABŞ ordusunun təkcə NATO-nun Avropa hissəsini qorumağa kömək etmədiyini, həm də Vaşinqtonun maraqlarını müdafiə etdiyini bildirib. Merkel Berlinin hərbi potensialını inkişaf etdirəcəyini və ABŞ-la müdafiə sahəsində əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu deyib.

“Dünyaya baxın, Çinə və ya Hindistana. Transatlantik müdafiə birliyinin və bizim birgə “nüvə çətirimizin” qorunması üçün əsaslı səbəblərimiz var”, - deyə Merkel sonda bildirib.

AFR kanslerinin narahatlığına səbəb iyunun əvvəllərində ABŞ prezidenti Donald Trampın Berlinin NATO-ya borcu üzündən Almaniyada hərbçilərinin sayını iki dəfə azaldacağına söz verməsi olub. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, ABŞ ümumiyyətlə bütün dünyada hərbçilərinin yerləşdirilməsi məsələsini bir daha strateji cəhətdən gözdən keçirəcək.

  
A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar