Modern.az

Azərbaycanda elektron rəqəmsal imzaların tətbiqinə başlanılır

Azərbaycanda elektron rəqəmsal imzaların tətbiqinə başlanılır

14 Yanvar 2010, 22:30

Azərbaycanda elektron rəqəmsal imzaların (ERİ) tətbiqi layihəsi üzərində işlər başa çatmaq üzrədir. Bu barədə Ultra şirkətindən bildirilib.
“Ultra” şirkətinə həvalə edilmiş layihənin proqram hissəsinin hazırlanmasına dair işlər başa çatıb və sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində sınaq mərhələsindədir. İlkin məlumatlara görə, qısa müddətdə sınaq mərhələsi başa çatdıqdan sonra sistem təcrübi istismara veriləcək. Layihəyə əsasən Azərbaycanda rəqəmsal imzaların verilməsi üzrə üç mərkəzin fəaliyyət göstərməsi planlaşdırılıb. Onlardan ikisi dövlət və özəl sektorlarda xidmət göstərəcək, biri isə əsas mərkəz olacaq.

“Elektron Azərbaycan” Dövlət Proqramının əsası olan elektron rəqəmsal imzaların yaradılması üzrə işləri “Microsoft Azerbaijan”, “Azerin” və “Ultra” şirkətlərindən ibarət olan konsorsium aparır. Konsorsium ERİ-nin tətbiqi üçün milli açıq açar infrastrukturunun qurulması üzrə 2008-ci ilin sentyabrında elan edilmiş tenderin qalibi olub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir