Modern.az

Şiddətli yağışlar 3 nəfərin həyatına son qoydu: 12 itkin

Şiddətli yağışlar 3 nəfərin həyatına son qoydu: 12 itkin

28 İyun 2020, 00:31

Çində şiddətli yağışların törətdiyi fəsadlar səbəbindən 3 nəfər həyatını itirib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-qərbindəki Siçuan vilayətində yağan  yağışlar nəticəsində 12 nəfər itkin düşüb.

Məlumata görə, Miennin qəzasında iyunun 26-da səhər saatlarından başlayan intensiv yağıntının miqdarı 211 millimetrə çatıb. Təbii fəlakət nəticəsində Damau kəndində bir nəfər ölüb, 9 nəfər isə itkin düşüb. Leysanın əmələ gətirdiyi daşqın minik avtomobilini və mikroavtobusu çaya aşırıb ki, həmin nəqliyyat vasitələrində olan 2 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərin axtarışları davam edir. Təbii fəlakət bölgəsində 7 mindən çox sakin təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi