Modern.az

Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi

Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi

28 İyun 2020, 00:45

Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Abbas oğlu Hüseynov dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, 60 yaşlı M.Hüseynov uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Müseyib Hüseynov 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2016-cı ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Apelyasiya Məhkəməsinin daha bir hakimi Namiq Məmmədov da dünyasını dəyişmişdi.  O, koronavirusdan ölmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir