Modern.az

16 polisi öldürən terrorçu edam edildi

16 polisi öldürən terrorçu edam edildi

Dünya

28 İyun 2020, 00:56

Misirdə 2017-ci ilin oktyabrında Qahirə yaxınlığında 16 polisin ölümü və 13 qanun keşikçisinin yaralanması ilə nəticələn terror aktının təşkilatçısı Əbdül Rəhim Mismari edam edilib.

Modern.az xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.



Məlumatda bildirilir ki, terrorçu Misir təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb, onunla bir qruplaşmada olan 15 silahlı isə məhv edilib. İstintaqla müəyyən edilib ki, terrorçular Liviya ərazisində təlim keçib və Qərbi Səhra bölgəsindən Misirin Qiza ərazisinə keçiblər. Ötən ilin noyabrında ələ keçirilən təhlükəli terrorçu barəsində Misirin hərbi məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.



Misirdə bu ilin martında daha bir terrorçu – Hişam Aşmavi də edam edilib. O, polis əməkdaşlarının və hərbçilərin qətlində təqsirli bilinib. Hər iki terrorçunun Misirdə müsəlmanlarla xristianlar arasında ədavət salmaq planı üzərində işlədiyi müəyyənləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?