Modern.az

Səudiyyə Ərəbistanı sularında İran katerlərinə atəş açıldı  

Səudiyyə Ərəbistanı sularında İran katerlərinə atəş açıldı  

28 İyun 2020, 08:30

Səudiyyə Ərəbistanının sərhədçiləri krallığın dəniz ərazisinə daxil olan üç İran katerlərinə xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Səudiyyə Ərəbistanının sərhəd xidmətinin açıqlamasına istinadən məlumat yayıb.

 

Açıqlamada bildirilir ki, insident iyunun 25-də baş verib. Belə ki, patrul xidməti İran bayrağı ilə üzən üç katerin krallığın ərazi sularına daxil olduğunu qeydə alıb və onlara dayanmaları ilə bağlı bir neçə dəfə siqnal göndərib.

 

Ancaq katerlər bu siqnallara əhəmiyyət verməyib və yalnız xəbərdarlıq atəşi açıldıqdan sonra Səudiyyə Ərəbistanına məxsus suları tərk ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi