Modern.az

Almaniyada pandemiya ilə bağlı son vəziyyət açıqlandı

Almaniyada pandemiya ilə bağlı son vəziyyət açıqlandı

Dünya

28 İyun 2020, 09:28

Almaniyada 256 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

 

Qeyd edilir ki, ölkədə bütün vaxt ərzində COVID-19-a 193 499 yoluxma qeydə alınıb. Yoluxanların 177,7 mini sağalıb, 8 957 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

 

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 48 294 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 47 723, Baden-Vürtemberqdə 35 530 təşkil edir. Berlində COVID-19-a 8 168 yoluxma aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir