Modern.az

Hindistan Çinlə sərhəddə yeni müdafiə sistemləri yığır

Hindistan Çinlə sərhəddə yeni müdafiə sistemləri yığır

28 İyun 2020, 10:05

Hindistan Çinlə yaşanan son gərginlikdən sonra Himalay dağlarında yerləşən Ladakx bölgəsinin müdafiəsini gücləndirməyə başlayıb.

 

Modern.az "Times of İndia"ya istinadən xəbər verir ki, Çin qırıcı təyyarələri və helikopterlərinin yaratdığı problemin qarşısını almaq üçün Hindistanın müdafiə sistemləri bölgəyə yerləşdirilib.

 

Hindistanın orta mənzilli raket sistemi "Akaş"ı Çinlə sərhədə yerləşdirdiyi bildirilib.

 

Qeyd edək ki, ötən həftə Hindistan Ladakx bölgəsində yerləşdirdiyi “Apaçi” vertolyotları və qırıcılarının sayını artırmışdı. Əraziyə həmçinin Su-30 MKİ, MiQ-29 və "Yaquar"lar da göndərilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi