Modern.az

Tanzaniyada 30 uşaq atası bir gecədə milyonçu oldu

Tanzaniyada 30 uşaq atası bir gecədə milyonçu oldu

28 İyun 2020, 10:15

Tanzaniyada 30 uşaq atası olan mədənçi dünyanın ən nadir tanzanit qiymətli daşını tapıb və onu 3 milyon 400 min dollara satıb.

 

Modern.az xəbər verir ki, “Dar əs Salam Reports” nəşri bu ölkənin Prezidenti Con Maqufulinin də Saniniu Layzer adlı mədənçini nadir tapıntı münasibətilə təbrik etdiyini bildirib. 52 yaşlı mədənçi inəyini kəsərək 30 uşağı və dörd arvadı ilə birlikdə ziyafət təşkil edib. O bildirib ki, əldə etdiyi pula mağaza və məktəb tikəcək.

 

Ornamentlərdə istifadə olunan tanzanit daşına təkcə Tanzaniyada rast gəlinir. Geoloqların qənaətinə görə, 20 ildən sonra bu qiymətli mineral tamamilə tükənəcək. Yaşıl, qırmızı, çəhrayı və mavi rənglərə çalan tanzanit bahalı zərgərlik məhsullarının hazırlanmasında da istifadə olunur. Tanzaniya Prezidenti bu qiymətli daşın olduğu ərazinin ətrafında 24 kilometr uzunluğunda hasar çəkməyi tapşırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir