Modern.az

Damına “göy qurşağı” quraşdırılan muzey

Damına “göy qurşağı” quraşdırılan muzey

Dünya

28 İyun 2020, 11:11

Şimali Avropanın ən böyük muzeyi sayılan “AroS” Danimarkanın Orxus şəhərində yerləşir. Muzeyin özəlliklərindən biri də onun damına dairəvi “göy qurşağının” qoyulmasıdır.

 

Modern.az “Arxinovosti” saytına istinadla bildirir ki, bu maraqlı layihənin müəllifləri “Studio Olafur Eliasson” memarlıq şirkətinin mütəxəssisləridir.

 

Muzeyin ziyarətçiləri artıq neçə ildir ki, şəhərə müxtəlif rəng çalarları verən “göy qurşağı” vasitəsilə baxmağa başlayıblar.

 

Layihə müəllifləri hesab edirlər ki, tətbiq olunan orijinal yenilik insanın, muzey və şəhərlə əlaqələrini sanki gücləndirir. Dam üzərində “göy qurşağı” şəhəri həm də başqa bir prizmadan seyr etməyə sövq edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər