Modern.az

Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək

Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək

28 İyun 2020, 13:13

Almaniya memarları Aqneşka Praybiş və Piter Sandxaus birgə hazırladıqları “Green 8” göydələninin layihəsini Berlinin şərq hissəsində həyata keçirməyi planlaşdırırlar.

 

Modern.az “Arxinovosti”-yə istinadla xəbər verir ki, memarlar binaya “şaquli ev-bağ” şərti adını veriblər. Layihə müəllifləri həm də iddia edirlər ki, bununla onlar əhalinin mənzil problemini həll etməklə yanaşı, təbiətlə yaxından təmaslarına da şərait yaratmış olurlar. Göydələn formaca 8 rəqəmini xatırladır.

 

Binanın daxilində gül, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün bağça və parniklərin salınması planlaşdırılır.

 

Bundan əlavə, bina sakinlərinin sağlamlığı məqsədilə idman zalı və hovuz da inşa olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir