Modern.az

Daha 534 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

Daha 534 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

Ölkə

28 İyun 2020, 17:43

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 16424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib.

 

7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106 test aparılıb.

 

Ümumilikdə icra olunan testlərin sayı isə 468967 olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir