Modern.az

Mətbuat katibi və ailə üzvləri koronavirusa YOLUXDU

Mətbuat katibi və ailə üzvləri koronavirusa YOLUXDU

Hadisə

28 İyun 2020, 18:35

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a M.Ağayev özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb.

 

Bununla belə, mətbuat katibi əhvalının da pozitiv olduğunu deyib:

 

“Biz inanırıq ki, virusa qalib gələcəyik. Çünki dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir. Avtobusda bir sərnişinin məsuliyyətsiz davranışı ictimai nəqliyyatın fəaliyyəti baxımından ciddi bir riskdir”.

 

O qeyd edib ki, Agentlik tərəfindən bütün zəruri tədbilər həyata keçirilir:

 

“Sabah mənim kimi sürücülər də, qarajlarda çalışanlar da yoluxa bilər. Belə olan təqdirdə marşrut şəbəkəsinin fəaliyyətinin dayandırılması qaçılmaz olacaq. Ona görə də çalışın sağlam qalın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir