Modern.az

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

28 İyun 2020, 18:40

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.

Modern.az xəbər verir ki, həkim-anistezioloq Ceyhun Hacıyevin ölümü barədə məlumatı onun həmkarları sosial şəbəkədə paylaşıblar.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

C.Hacıyev 2001—2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasıda çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü