Modern.az

Azərbaycan yığmasının üzvü qətl hadisəsi ilə bağlı AXTARIŞA VERİLDİ

Azərbaycan yığmasının üzvü qətl hadisəsi ilə bağlı AXTARIŞA VERİLDİ

28 İyun 2020, 22:34

Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlindən şübhəli bilinən şəxslərin adları açıqlanıb.

 

Modern.az Dağıstan KİV-nə istinadən xəbər verir ki, qətllə bağlı 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurmaqomde Hacıyev axtarışa verilib.

 

“Bu şəxslərin axtarışa verilməsi barədə əmr 26 iyunda imzalanıb. Buna qədər informasiya dəqiqləşdirilirdi”-deyə Dağıstanın Daxili İşlər Nazirliyi açıqlama verib.

 

Abdulbasir Omarov iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində öldürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.

 

Xatırladaq ki, axtarışa verilən şəxslərdən 24 yaşlı Nurmaqomed Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O 2018 və 2019-cu illərdə 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi