Modern.az

“Yol polisi deputat köməkçilərinin hərəkətinə icazə vermir” - Aqil Abbas

“Yol polisi deputat köməkçilərinin hərəkətinə icazə vermir” - Aqil Abbas

Parlament

29 İyun 2020, 12:03

“Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.

 

Modern.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:

 

“Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.

 

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir:

 

“Ancaq bu məsələyə baxarıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir