Modern.az

Ərəb mətbuatı Ərdoğanı "Padşah" adlandırdı

Ərəb mətbuatı Ərdoğanı "Padşah" adlandırdı

15 Yanvar 2010, 09:23

Türkiyənin İsrailə qarşı tutduğu sərt mövqe ərəb mətbuatında böyük rəğbətlə qarşılanıb. Modern.az xəbər verir ki, Livanda yayınlanan məşhur "Əl-Əxbar" qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı tərifləyərək onu "Padşah Ərdoğan" adlandırıb. Qəzet "İsrail ancaq türkcə anlayar. Türkiyənin hədəsi təsirli oldu" sözlərindən də istifadə edib.

"Əl-Quds", "Əl-Ərəbi" qəzetləri isə Ankaranın son addımlarını "Ərdoğan hökuməti İsrailin tərbiyəsizliyinə layiq olduğu cavabı verdi" kimi qiymətləndiriblər.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı