Modern.az

Ermənilər 43 çoxuşaqlı ailə üçün Laçında ev tikir – FOTO

Ermənilər 43 çoxuşaqlı ailə üçün Laçında ev tikir – FOTO

Qarabağ

29 İyun 2020, 15:48

Ermənistan Azərbaycanın işğal altında saxladığı Laçın rayonunda yeni yaşayış məhəlləsi salır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Laçının 1992-ci ildən işğal altında olan Sonasar kəndində çoxuşaqlı ailələr üçün fərdi evlərin tikintisi başlayıb. 6 uşağı olan 3 ailəyə evlər tikilir, 5 uşaqlı digər ailə üçün isə ev tikintisi yaxın vaxtlarda başlayacaq.


Qarabağdakı separatçı rejim rəhbərliyi Laçın rayonu ərazisində 90 çoxuşaqlı ailənin yaşadığını və 43 ailə üçün ilin sonuna qədər fərqi evlərin tikiləcəyini elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir