Modern.az

Çin alimləri donuzlarda yeni virus tapdı

Çin alimləri donuzlarda yeni virus tapdı

Dünya

30 İyun 2020, 16:02

Çin alimləri ABŞ-ın “PNAS” elmi dərgisində yeni məqalə ilə çıxış ediblər. Modern.az xəbər verir ki, məqalədə çinli alimlər yeni təhlükəli virus ştamı aşkar etdiklərini söyləyiblər.

Onların fikrincə, donuzlarda müşahidə olunan bu ştam insana keçərsə, yeni pandemiya riski yarana biləcək. “Donuz qripi”nin yaranması Çində donuz fermalarındakı antisanitar şərait və heyvan yeməklərinə müxtəlif kimyəvi qatqıların əlavə olunması ilə bağlanılır.

 

“Donuz qripi” dünyada 400 minə qədər insanın həyatəına son qoymuşdu. Onun üzərində qələbə barədə Ümumdünya Səhiyyə Təşkilatı hələ 2010-ci ildə məlumat vermişdi.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir